11 C
Bakı
25 Mart 2026 19:46
Dünya

KİV: Mask seçkilərdən bəri Trampın evində yaşayır

İlon Mask ABŞ-da prezident seçkiləri keçirilən gündən bəri Donald Trampın malikanəsində yaşayır.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “The New York Times” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Mask Trampın ən yaxın adamlarından biri olmaqla, yeni seçilmiş prezidentin Florida ştatındakı iqamətgahından “bir neçə yüz fut” aralıda məskunlaşıb.

 

Bu, sahibkara Trampla asanlıqla şəxsən ünsiyyətdə olmaq, o cümlədən onunla nahar etmək imkanı verir.

 

NYT iddia edir ki, Mask bu yaxınlarda “Amazon”un qurucusu Ceff Bezos ilə şam yeməyi zamanı Trampa baş çəkib.

 

Lakin nəşr qeyd edir ki, Tramp 2025-ci il yanvarın 20-də vəzifəyə başladıqdan sonra Maskın yeni prezidentlə bu qədər asanlıqla görüşməsi çətin olacaq.

 

Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən prezident seçkilərində respublikaçıların namizədi Donald Tramp demokratların namizədi Kamala Harrisə qalib gələrək yeni Prezident seçilib. Milyarder İlon Mask isə həm seçki kampanyası dönəmində, həm də sonrakı dövrdə Trampa açıq dəstək nümayiş etdirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskidən əhaliyə təcili müraciət….

redaktor

Zukerberq Bezosu geridə qoydu – Milyarderlər SİYAHISI

redaktor

Rus dili məktəb və uşaq bağçalarının proqramından ÇIXARILDI

redaktor