16 C
Bakı
23 Oktyabr 2026 05:19
Cəmiyyət

Həyat yoldaşının təyyarə qəzasında öldüyünü düşünən kişi onunla xəstəxanada GÖRÜŞDÜ – TƏSİRLİ VİDEO

Dekabrın 25-də Aktau yaxınlığında təyyarə qəzasında yaralanan Nurulla Siracov və həyat yoldaşı Müslümət Siracova xəstəxanada görüşüblər.

Tacxeber.comxəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.

 

Qeyd edək ki, Zaqatala rayon sakinləri Nurulla Siracov və həyat yoldaşı Müslümət Siracova təyyarə qəzasından sonra bir-birlərindən xəbər ala bilməyiblər. Yalnız qəzadan 3 gün sonra Müslümət Siracovanın sağ olduğu ortaya çıxıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.


Tacxeber.com

Oxşar xəbərlər

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor