Dünya

Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi

Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi

 

Co Bayden jurnalistlərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğraması ilə bağlı olan sualını cavablandırıb.

 

Jurnalist Baydenə “AZAL təyyarəsinin vurulmasına görə Putin məsuliyyət daşıyırmı?” sualı ünvanlayıb.

 

Putinin məsuliyyəti etiraf edib etməməsi ilə bağlı sualı cavablandıran Bayden belə deyib:

 

“Görünür, o bunu edib, amma mən onunla və ya komandamla danışmamışam”.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. (Bizim.Media)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə səfirinin müşaviri: “Azərbaycan yas tutur, kimsənin kefi yoxdur”

redaktor

Erməni konsul məlumatları azərbaycanlı sevgilisinə ötürürmüş

redaktor

Parisdə yəhudi evlərini Davud ulduzu ilə işarələməyə başlayıblar.

admin