22 C
Bakı
02 Sentyabr 2026 01:20
DünyaGündəm

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Artıq Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

 

Tacxeber.com xəbər verir ki, 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib.

 

Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

 

Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski aviaşirkətlərə xəbərdarlıq etdi: Rusiya səmasında təhlükəsiz zonalar yoxdur

redaktor

Putin: “Ukrayna danışıqları dondurulub, amma ABŞ ilə əlaqələr davam edir”

redaktor

Bişkek görüşü və İran mediasında iki fərqli Azərbaycan xətti

redaktor