10 C
Bakı
23 Mart 2026 12:24
Siyasət

Rusiyalı politoloq AZAL təyyarəsinin qəzasından danışdı: “Hadisədən istifadə etməyə çalışdılar”

“Azərbaycan, Rusiya, Qazaxıstan və Braziliyadan olan ekspertlərin rəhbərlik etdiyi təhqiqat Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı tam hesabat yaymazdan əvvəl Rusiya prezidenti təhqiqatın mümkün nəticəsini artıq müəyyən edərək, Prezident İlham Əliyevə zəng etdi və üzr istədi”.

 

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

 

“Bir-birinin ardınca ziddiyyətli məlumatlar gəldi, versiyalar deyildi, guya təyyarədə oksigen balonu partlayıb və ya quş dəstəsi müdaxilə edib. Təbii ki, bütün bunlar bədbəxtlik üz verənlərin şüuraltına təsir edirdi. Bu vəziyyət Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün istifadə edənlərin müxtəlif spekulyasiyalarına əsas oldu. Bu zənglə Putin aydınlaşdırdı ki, günahkarların heç biri (istər general olsun, istərsə də yüksəkvəzifəli şəxs) cəzadan qaça bilməyəcək!”, – deyə o bildirib.

 

Ətraflı Baku TV-nin süjetində:

 

Oxşar xəbərlər

“Moskva demək istəyir ki, Qarabağda bir erməni qalsa belə, Rusiya qoşunu orada qalmalıdır…”

redaktor

Bakı və İrəvan çoxdan dil tapardı, onlar olmasaydı – Şahnazarov

admin

Siyavuş Novruzov: “Səddam Hüseyn demişdi ki, dadı-tamı almadır, amma inanmayın almadır. İran da belədir…”

redaktor