Dünya

Qazaxıstan Prezidenti vətəndaşlarımızı xilas edən şəxsləri MÜKAFATLANDIRDI

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda Azərbaycan Hava Yollarına məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirak edən vətəndaşların böyük bir qrupunu mükafatlandırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, mükafatçılar Manqistau vilayətində qəzaya uğrayan təyyarənin sərnişinlərinin xilas edilməsində “cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti” nümayiş etdiriblər.

 

Mükafatlandırılanlar arasında xilasedicilər, həkimlər, polis əməkdaşları, “Mangistau Electric Grid Company” və Aktau hava limanının əməkdaşları da var.

Tacxeber.com

Oxşar xəbərlər

Zəlzələni əvvəlcədən bilmək mümkündür? – VİDEO

redaktor

Putin ilk dəfə açıqladı: Trampla bu məsələlərdə razılığa gəldik

redaktor

Sərrast dəyərləndirmə – Cəmil Həsənli

admin