21 C
Bakı
21 İyun 2025 22:00
Dünya

Alman nəşri pilotlarımızın QƏHRƏMANLIĞINDAN YAZDI – FOTO

AZAL pilotları möcüzə göstərdi.

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

 

Nəşr xatırladıb ki, təyyarə Qroznı üzərində Rusiya hərbçiləri tərəfindən atəşə tutulsa da, o, Qazaxıstana qədər bir neçə yüz kilometr məsafəni qət edə bilib.

 

Bu hadisə ilə bağlı aviasiya eksperti Yakob Vert pilotların fəaliyyətini yüksək qiymətləndirib:

 

“Uçuşun gedişatı və eniş cəhdi nəzərə alındıqda, təyyarə güman ki, ciddi şəkildə idarəolunmaz vəziyyətdə olub”.

 

Ekspert əlavə edib ki, təyyarənin tamamilə məhv olmaqdan xilas edən “ağır zədələnmiş təyyarəni Xəzər dənizi üzərindən birbaşa Aktauya gətirən pilotların heyrətamiz nailiyyəti” olub.

 

Əgər təyyarə dənizə düşsəydi, bu, bütün sərnişinlərin həlak olması ilə nəticələnəcəkdi.

 

Lakin quruya eniş zamanı  “Embraer E190” təyyarəsi ön hissəsi ilə yerə çırpılıb. Zərbəni tamamilə öz üzərinə götürən ön hissə zədələnib, lakin sərnişinlərin olduğu arxa hissə salamat qalıb.

 

Oxşar xəbərlər

Blinkenin Bakını hədələyən köməkçisi işdən çıxarıldı

redaktor

Tramp: Tehranla birbaşa danışıqlar başlayıb, amma…

redaktor

Çıxılmaz vəziyyət İrana seçim qoymadı – Addım-addım geri çəkilir

admin