28 C
Bakı
11 Avqust 2025 19:26
Cəmiyyət

TƏBİB rəsmisi: Bəzi həkim və tibb bacıları nə iş gördüyünü bilmir

Bəzi həkim və tibb bacıları TƏBİB-in nə işi gördüyünü bilmir.

 

Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu TƏBiB-in icraçı direktorunun müavini Araz Nəsirov media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində səsləndirib.

 

Onun sözlərinə görə, hələ də bəzi tibb işçiləri TƏBİB-in nə işi gördüyünü, niyə fəaliyyət göstərdiyini bilmir:

 

“Bizlər səhiyyə sahəsində böyük əmək sərf edirik. Vətəndaşyönümlü səhiyyə sistemi qurmaq çox çətindir. Lakin bəzi tibb işçiləri bundan xəbərsizdir. Hansısa bir vətəndaşın TƏBİB-in fəaliyyətindən xəbərsiz olması anlaşılandır. Lakin tibb işçilərinin bunu bilməməsi qəbul edilən deyil”.

 

Direktor müavini qeyd edib ki, vətəndaşları TƏBİB-in fəaliyyəti barədə məlumatlandırmaq çox vacibdir:

 

“Ölkədə hələ də bəzi insanlar özəl xəstəxanalara külli miqdarda pul ödəyərək müalicə olunur, əməliyyatlar etdirir. Buna görə də əhali arasında maarifləndirmə tədbirləri çox önəm daşıyır”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları – Müsahibə

admin

Heydər Əliyevin qətiyyəti ilə ifşa olunan dəstə – “qəhrəman” Adamyanı kim öldürmüşdü?

redaktor

Ukraynada azərbaycanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

redaktor