Dünya

Rusiya aviaşirkəti Azərbaycana reyslərini ləğv etdi

“Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.

 

Məlumata görə, şirkətin Mineralnıye Vodıdan Bakı və Gəncəyə, eləcə də Soçidən Bakıya reysləri Azərbaycanın aviasiya hakimiyyət orqanlarının uçuş icazəsinin ləğv edilməsi ilə bağlıdır.

 

Dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü (Bakıdan Rusiya Federasiyasının 10 şəhərinə uçuşlar ləğv edilib), eləcə də Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin El Al (Tel-Əvivdən Moskvaya), Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” (Dubaydan Soçi və Mineralnıye Vodıya) şirkətləri var.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan da məlumatı “APA-Economics”ə təsdiqləyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Kanadada içində 550 sərnişin olan təyyarəni ildırım vurdu – Video

redaktor

Azərbaycanda seysmik aktivlik artıb? – VİDEO

redaktor

“Tramp qadınlar üçün təhlükəlidir” – Baydenin xanımı

redaktor