32 C
Bakı
12 Avqust 2025 16:28
Dünya

Rusiya aviaşirkəti Azərbaycana reyslərini ləğv etdi

“Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.

 

Məlumata görə, şirkətin Mineralnıye Vodıdan Bakı və Gəncəyə, eləcə də Soçidən Bakıya reysləri Azərbaycanın aviasiya hakimiyyət orqanlarının uçuş icazəsinin ləğv edilməsi ilə bağlıdır.

 

Dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü (Bakıdan Rusiya Federasiyasının 10 şəhərinə uçuşlar ləğv edilib), eləcə də Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin El Al (Tel-Əvivdən Moskvaya), Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” (Dubaydan Soçi və Mineralnıye Vodıya) şirkətləri var.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan da məlumatı “APA-Economics”ə təsdiqləyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Ordusu HƏMAS-ın “qanunverici şurasının” binasına daxil olub

redaktor

Türkiyə Ukrayna donanması üçün ilk korveti SUYA BURAXDI – FOTO

redaktor

Rusiyaya yardıma gələn ordu cəbhədən niyə geri çəkildi?

admin