10 C
Bakı
27 Mart 2026 12:55
Dünya

Mini ətəkli qadını polis şöbəsinə buraxmadılar

Xüsusi hərbi əməliyyatın iştirakçısı olduğu üçün polisə gələn Tümen sakini xarici görünüşünə görə şöbəyə buraxılmayıb.

 

Tacxeber.com xəbər verir ki, Tümen sakini Lyubov R. qardaşının döyüş biletini bərpa etmək üçün polisə müraciət etmək istəyib. Qadın şöbəyə girmək istəyəndə onu saxlayıblar və paltarının çox qısa olduğu iddia edildiyi üçün girişdən içəri buraxmayıblar.

 

Məlumata görə, polis ona, “Biz səni təhqir etməmişik. Siz gecə klubuna gəlməmisiniz” deyib. Qadın isə cavabında polis əməkdaşları üçün tətbiq edilən geyimə əməl etməyə borclu olmadığını bildirib.

 

“Mən yetkin qadınam, 18 yaşlı qız anasıyam. Mən 20 ildir evliyəm. Ali təhsilliyəm və nüfuzlu şirkətdə işləyirəm. Düşünürəm ki, mənə belə rəftara layiq deyiləm”, – deyə Lyubov R. qəzəblənib.(Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

Dollar diplomatiyası: Alyaskadan Qrenlandiyaya, Krımdan donmuş aktivlərə

redaktor

Ukraynaya tankların tədarükü Almaniyada qalmaqala səbəb oldu

redaktor

Zelenski Rubionu bu davranışına görə TƏNQİD ETDİ

redaktor