21 C
Bakı
23 İyun 2025 00:42
CəmiyyətGündəmSağlamlıq

KT və MRT müayinələrin ödənişi ilə bağlı yenilik gözlənilir

“Hazırda KT və MRT müayinələri sığorta hesabına tam ödənişsiz şəkildə həyata keçirilir. Bu əsaslandırılmamış müraciətlərin artmasına, müayinələrdə uzun növbələrə və diaqnostika prosesinin gecikməsinə səbəb olur”.

 

Tacxeber.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O qeyd edib ki, hazırda KT və MRT müayinələri sığorta hesabına tam ödənişsiz şəkildə həyata keçirilir:

 

“Bu əsaslandırılmamış müraciətlərin artmasına, müayinələrdə uzun növbələrə və diaqnostika prosesinin gecikməsinə səbəb olur.
2024-cü ilin 11 ayı ərzində icbari tibbi sığorta hesabına “3.2 milyondan çox” “radioloji” tibbi xidmət göstərilib. Bu xidmətlərdən 481 minə yaxını KT və MRT xidmətlərinin payına düşür. Növbəti ildən etibarən tibbi göstəriş əsasında “ambulator şəraitdə aparılan MRT və KT müayinələri” üçün hər müraciət üzrə Xidmətlər Zərfinin tarifinə uyğun olaraq “20% məbləğində müştərək” “maliyyələşmənin” tətbiq edilməsi müzakirə olunur. Müştərək maliyyələşmə məbləği müayinə üçün vətəndaş tərəfindən ödənilən məbləğdir.

 

Bu dəyişikliklər radioloji xidmətlərdən yalnız tibbi göstəriş olduqda istifadəni təmin etmək məqsədi daşıyır. Sözügedən mexanizmin tətbiqi qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra mümkün olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Ac olanda əlləriniz əsir və ürək döyüntüləriniz artır? – Bu 3 problemlə bağlı ola bilər

redaktor

Sumqayıtda müəllim uşaqları qamçı ilə döydü – ANBAAN VİDEO

redaktor

“7 nəfər qızıl medala iddialı idi, amma iki erməniyə verdilər” – Qusmanla göyüstü MÜSAHİBƏ – FOTO

admin