16 C
Bakı
16 Noyabr 2025 13:15
CəmiyyətGündəmHadisəSiyasət

“Putin təyyarəni hərbçilərin vurduğunu bilirdi”

"Putin təyyarəni hərbçilərin vurduğunu bilirdi"

“Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzasına nəyin səbəb olduğunu ilk dəqiqələrdə bilməmiş deyildi. Rusiya Müdafiə Nazirliyi sərnişin təyyarəsinin “səhvən” vurulmasıyla bağlı hesabatı qəzanın ilk saatlarında Kreml sahibinə çatdırıb”.

 

Tacxeber.com xəbər verir ki, bunu politoloq Elxan Şahioğlu bildirib.

 

O qeyd edib ki, böyük ehtimalla Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi:

“Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zaxarova reperlə mahnı oxuyacaq

redaktor

Putin Paşinyanı ŞANTAJ EDİR – Moskva sülh istəmir: Qarabağdan əl çəksəniz …

redaktor

Alen Delonun oğlu olduğu iddia edilən şəxs mənzilində ölü tapılıb

redaktor