15 C
Bakı
27 Sentyabr 2025 17:11
Hadisə

Stüardessanın qardaşı DANIŞDI: “Məndən DNT analizi götürdülər”

Bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.

 

Tacxeber.com “Unikal”a istinadən xəbər verir ki, təyyarənin hər iki pilotu – İqor Kşnyakin və Kalyaninov Aleksand həlak olublar. Həmçinin stüardessalardan biri Əliyeva Hökümənin də adı sağ qalanlar arasında yoxdur.

 

Ə.Hökümənin qardaşı Coşqun Nəsibli “Unikal”a açıqlamasında bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb: “Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər”.

 

Stüard Əsədov Zülfüqar və stüardessa Rəhimli Aydan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

 

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.

Tacxeber.com

Oxşar xəbərlər

Piyada keçidin zəbt edən avtosalon kimindir? – VİDEO

admin

Bakıda tikinti şirkəti insanların başına daş yağdırır-DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

redaktor

Hakim baş məşqçiyə kəllə vurdu – VİDEO

redaktor