CəmiyyətGündəmHadisə

Qəza anı nələr baş verib? – Sağ qalan sərnişin hər şeyi danışdı – VİDEO

“Belə başa düşdüm ki, mühərrikə quş sürüsü daxil oldu. Bundan sonra təyyarədəki maskalar yerindən çıxdı və biz stüardessanın danışığından nələrinsə baş verdiyini anladıq”.

 

Tacxeber.com Globalinfo.az istonadən xəbər verir ki, bu sözləri Aktau şəhərində qəzaya uğrayan təyyarədə olan sərnişin Evstiqneeva Kristina deyib.

 

“Hər kəsə sarı rəngdə olan jiletləri geyinmək və maskaları çıxarmamaq tapşırıldı. Bir saata yaxın təyyarədə fırlanmışıq. Orada quru ərazi yox idi, yalnız dəniz idi. Bələdçi bizə toqquşmanın mümkünlüyünü dedi və ona görə də ön oturacaqlardan tutub, başımızı aşağı əyməyi tapşırdı. Bir tək onu deyirdilər ki, “quru əraziyə eniş etməliyik, başınızı önə əyin və yumşaq nəyinsə üzərinə qoyun”. Nəticədə biz eniş edəndə iki zərbə oldu. Məndən sağ tərəf, yəni pəncərə tərəfi qopardı. Təyyarənin ön tərəfi isə partladı.

 

Özümə gələndə ayağımın zədələndiyini gördüm. Amma təyyarədən özüm çıxmışam”, – Kristina bildirib.

 

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal

admin

Həcc ziyarəti zamanı 577 zəvvar dünyasını dəyişib.

admin

Ruslara ağır zərbə: Çox sayda texnika məhv edildi

admin