Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Tacxeber.com xəbər verir ki, o bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib.
Putin bildirib: “MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm”.
O qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə razılaşma əsasında Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Aktauya uçub: