25 C
Bakı
11 Avqust 2025 01:37
CəmiyyətHadisə

Keçmiş hərbi pilot: “Hadisə zamanı hündürlük məsələsini nəzərə almaq lazımdır”

Keçmiş hərbi pilot, ehtiyatda olan polkovnik-leytenant Mirzə Fərəcov AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin Aktauda qəzaya düşməsinin mümkün səbəblərini şərh edib.

 

Tacxeber.com xəbər verir ki, “Turan”a keçmiş pilot məlum təyyarə qəzası ilə bağlı bunları bildirib  – “Təyyarə eniş üçün çox aşağı hündürlüyündə idi və sərt eniş etdi. Videodan görünür ki, təyyarə birbaşa çırpılıb yerə. Ola bilsin ki, hansısa mühərrikdə problem yarandı. Mən baxdım, təyyarə artıq təkərləri açmışdı. Deməli, enişə hazırlaşırdı. Nə baş verdisə, həmin zaman baş verdi”

 

Ancaq onun sözlərinə görə, daha dəqiq təhlil etmək üçün hündürlüyü və hava limanına qalan məsafəni bilmək lazımdır.

“Çünki eniş etmək üçün təyyarənin olduğu hündürlük ən azı 500 metr olmalıdır”, – Fərəcov deyib. “Deyilənə görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Ola bilsin, quşlar mühərrikə girib, mühərrik də dayandı. Quşlar şüşəyə çırpıla bilər, amma o dərəcədə onu sındıra bilməz”, – o əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu tələbələrin təqaüdündən hər ay niyə pul tutulur? – RƏSMİ AÇIQLAMA

redaktor

“Hətta dostunuz yazsa belə zəng edib dəqiqləşdirin” – Vəkil dələduzluq sxemindən yazdı

admin

Meyxanaçı Baləli söyüşlü meyxana qalmaqalına aydınlıq gətirdi

redaktor