11 C
Bakı
29 Mart 2026 08:19
Cəmiyyət

Tiktokerlərlə bağlı şok məlumatlar – Qonşular Azərlə bağlı dəfələrlə…

“TikTok” sosial şəbəkəsində əxlaqsızlığı təbliğ edən şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri davam edir.

 

Tacxeber.com xəbər verir ki, Azər İsmayılovun təşkil etdiyi əyləncə yarışında iştirak edən şəxslərin saxlanılmasından sonra bir neçə tiktoker də saxlanılıb.

 

Məlumata görə Azər İsmayılov bu cür yarışları daha əvvəl də Binəqədi rayonu, 7-ci mikrorayon, S. S. Axundov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzilində təşkil edirmiş. Daha əvvəl də “Təkərdə şou” adı altında bu cür yarışmalar təşkil edən Azər İsmayılovla bina sakinləri arasında bir neçə dəfə mübahisələr yaranıb. Onun bu cür hərəkətlərindən çoxsaylı şikayətlər olub. A.İsmayılova polis əməkdaşları tərəfindən bir neçə dəfə də xəbərdarlıq edilib. Amma bu xəbərdarlıqlara məhəl qoymayıb.

 

Xatırladaq ki, vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

 

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində ötən gün “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri- Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.(musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

İmam Əlinin ad günü qalmaqal yaratdı: “Cahiliyyə dövrünün ərəbləri…”

redaktor

Rusiyada əhalinin təbii azalma göstəricisi məlum oldu

admin

Əziz valideynlər, qız övladlarınıza güclü təhsil verin ki, ……

admin