24 C
Bakı
26 Sentyabr 2025 15:38
Cəmiyyət

Telman İsmayılovun Bakıdakı şirkəti valyutaya görə cərimələnir

“AST-Texnologiyaları” şirkətinin Azərbaycandakı filialı barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

 

Tacxeber.com-ın Qaynarinfo-ya istinadən məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

 

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

 

Qeyd edək ki, “Ast-Texnologiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi Allahverdiyev Namaz Mürsəl oğludur.  “AST-Texnologiyaları” şirkəti iş adamı Telman İsmaylova məxsus “AST Group”a daxildir.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”ın məğlub etdiyi həmin “Bode Qlimt” – İndi Avropa bizi yox, onu alqışlayır

admin

Himnimizi səsləndirən Karenin həyat yoldaşı: “Prezidentlərin qarşısında…”

admin

Çində asma körpünün uçması nəticəsində ölənlər var

redaktor