29 C
Bakı
14 Avqust 2025 18:24
CəmiyyətHadisəŞikayət

Bölgələrdə niyə benzin qıtlığı yaranıb?

Son vaxtlarda sosial şəbəkələrində Bakı və regionlarda Aİ-92 markalı benzinin qıtlığı ilə bağlı çox sayda paylaşım edilir.

 

Tacxeber.com xəbər verir ki, SOCAR-dan APA-ya açıqlamada Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarlar tərəfindən yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradıldığı bildirilib.

 

“Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR tərəfindən özəl şirkətlərlə müvafiq danışıqlar aparılır”, – məlumatda qeyd olunur.

 

Qeyd edilib ki, “SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.

 

“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib. Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 65-i “SOCAR PETROLEUM”un payına düşür. Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 13 neft terminalı bazası da var ki, bu terminalların 11-i regionlarda, 2-si isə Bakıda fəaliyyət göstərir.

 

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri davam etdirilir.

 

Qeyd etmək lazımdır ki, A-92, Aİ-95 “Premium” və dizel ölkədə istehsal edilir, Aİ-98 “Super” markalı yanacaq isə xaricdən idxal olunur.

 

Yerli istehsal olan A-92, Aİ-95 Premium və dizel yanacağı, o cümlədən “Super” markalı yanacaq “Avro-5” ekoloji standartına uyğundur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Müdafiə Nazirliyi Türkiyəni Zəfər Bayramı münasibətilə TƏBRİK ETDİ

redaktor

İran “Tramp marşrutu”na görə Azərbaycandan gizlicə qisas alır

redaktor

Peycer və mobil telefonları kənardan necə partlatmaq olur? – ARAŞDIRMA

redaktor