25 C
Bakı
11 Avqust 2025 01:23
Şou

“Tünzalə dünyadan köçəndən ona xəyanət etməmişəm”

“699 gün oldu… Artıq xatirələr də yavaş-yavaş tərk edir məni. Əvvəldən də yaddaşım elə də güclü deyildi, indi isə tamamilə yoxa çıxıb”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yazıb.

 

O, dünyasını dəyişən xanımını sosial şəbəkə hesabında paylaşaraq bildirib:

 

“Tünzalənin telefonundan tez-tez özümə zəng edirəm. Bu, məni az da olsa rahatladır. Tünzalənin mənə dediyi sözləri və həmin anı yenidən yaşayıram. Telefonu açanda ilk sözü “eşqim” olurdu. Bəzən eşidirəm ki, kimsə həyat yoldaşından ayrılmaq qərarı alıb. Qəribə həyatdır, mən dünyada olmayan həyat yoldaşımı istəyirəm, ona qovuşacağım günün xəyalını qururam, ailəsi sağ olanlar isə onu dağıtmağa çalışırlar. Allah şahiddir ki, Tünzalə dünyadan köçəndən bu günə kimi ona xəyanət etməmişəm. Qızıma şərəfli ad qoyub gedəcəyəm. O da başı uca gəzəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Faiq Ağayevdən Dadaşovaya: “Belə böyük sənətkarsansa…” – VİDEO

admin

Nəfəsə yolda hücum çəkdilər: qadını çətinliklə uzaqlaşdırdılar – VİDEO

redaktor

Türkan: “Kimləsə duet oxuyanda hiss edirəm ki, Pərviz qısqanır” – VİDEO

redaktor