24 C
Bakı
22 İyun 2025 11:52
Cəmiyyət

TƏBİB sədrindən diplomsuz plastik cərrahlarla bağlı – Açıqlama

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov diplomsuz plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib.

 

Tacxeber.comxəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

“TƏBİB daxilində işə qəbul qaydaları öz daxili prosedur qaydaları ilə tənzimlənir. Biz qanunvericiliyin tələbini əsas götürürük. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri nəzərə alınır. Plastik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Bu prosedurlar ödənişli qaydada həyata keçirilə bilər. Bizim işə götürdüyümüz cərrahlar Azərbaycan qanunvericiliyinə uyğun işə götürülən plastik cərrahlardır.

 

Mən ancaq TƏBİB tabeli xəstəxanalarla bağlı suallara cavab verə bilərəm. TƏBİB tabeli xəstəxanalarda baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır. Bununla bağlı TƏBİB tabeliyində ölüm komissiyası fəaliyyət göstərir”, – V. Qurbanov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ziya Məmmədov bağ evini satışa çıxardı – FOTO

admin

Məktəb direktorunun səs yazısı yayıldı: “Hamı bir nəfər kimi 50 manat gətirsin” – YENİLƏNİB + AUDİO

admin

İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi

redaktor