3 C
Bakı
11 Fevral 2026 16:04
Kriminal

Saxta iş elanı ilə dələduzluq edən şəxs tutuldu

Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.

 

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər – 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.

 

O, əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib və həmin pulları nağdlaşdırıldıqdan sonra  zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.

 

Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi

redaktor

“Onlar şimalda yaşayan ərəblərdir” Aqşin Yenisey

admin

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı – Külli miqdarda dələduzluqda ittiham olunur

redaktor