10 C
Bakı
25 Mart 2026 20:31
Dünya

NATO-dan Zelenskiyə XƏBƏRDARLIQ: Belə danışma!

“Mən Zelenskiyə dəfələrlə demişəm ki, o, Almaniya kansleri Olaf Şoltsu tənqid etməyi dayandırmalıdır, çünki mənim fikrimcə, bu, ədalətsizlikdir”.

Tacxeber.com xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.

Rutte əlavə edib ki, Şoltsdan fərqli olaraq, o, Ukraynanı “Taurus” qanadlı raketləri ilə təmin edəcək və onların istifadəsinə məhdudiyyət qoymayacaq. “Ümumiyyətlə, biz bilirik ki, bu cür imkanlar Ukrayna üçün çox vacibdir.

Zelenski Almaniya kansleri ilə Vladimir Putin arasında Ukrayna prezidentinin iradəsinə zidd baş verdiyi iddia edilən telefon danışığından sonra xüsusilə Şoltsu tənqid edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya gündə 1000-dək dron buraxa bilər – Zelenski: “Bizim cavabımız var”

redaktor

Çində asma körpünün uçması nəticəsində ölənlər var

redaktor

Çin Ukrayna savaşına qatılır: Rusiyanı dəstəkləyən Fransa və Almaniya isə ABŞ-a xəyanət edir

redaktor