Dünya

NATO-dan Zelenskiyə XƏBƏRDARLIQ: Belə danışma!

“Mən Zelenskiyə dəfələrlə demişəm ki, o, Almaniya kansleri Olaf Şoltsu tənqid etməyi dayandırmalıdır, çünki mənim fikrimcə, bu, ədalətsizlikdir”.

Tacxeber.com xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.

Rutte əlavə edib ki, Şoltsdan fərqli olaraq, o, Ukraynanı “Taurus” qanadlı raketləri ilə təmin edəcək və onların istifadəsinə məhdudiyyət qoymayacaq. “Ümumiyyətlə, biz bilirik ki, bu cür imkanlar Ukrayna üçün çox vacibdir.

Zelenski Almaniya kansleri ilə Vladimir Putin arasında Ukrayna prezidentinin iradəsinə zidd baş verdiyi iddia edilən telefon danışığından sonra xüsusilə Şoltsu tənqid edib.

Tacxeber.com

Oxşar xəbərlər

Binəqədi İH başçısı yaşlı qadınlara küçəni yudurtdu – Foto

redaktor

Avropa Liqasında finalçılar müəyyənləşir.

admin

Trampdan Suriya açıqlaması: Daha təhlükəsiz yerə çevirəcəyik

redaktor