15 C
Bakı
30 Mart 2026 16:50
Dünya

Xamenei: “İsrail özünü qalib kimi göstərir” – VİDEO

Bu gün İranın ali rəhbəri Əli Xamenei şairlərlə görüşündə Əsəd rejiminin süqutunu, eləcə də Həsən Nəsrullahın ölümünü qəbul etməyərək deyib ki, İsrail özünü qalib kimi göstərir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Tasnim News” nəşri yazıb.

 

“İsrail harada qalib olub? Qəzzada qalib gələ bilib? HƏMAS-ı məhv edib? Hizbullahı məhv etmək istədiyini açıqladı, Həsən Nəsrullahı öldürdü, amma Nəsrullahın ruhu yaşayır. HƏMAS ayaqdadır. İsrail qalib deyil, məğlubdur”, – deyə Xamenei vurğulayıb.

 

İranın dini rəhbəri Suriyadakı hadisələrə də toxunaraq bildirib ki, İsrail orada da qələbə qazanmayıb və Suriyanın cəsur və qeyrətli gəncləri onları bu ölkədən qovacaq.


Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian: Bu  iki ölkə İranı məhv etmək istəyir

redaktor

Orenburqda daha bir bənd dağıldı

admin

Güllər, tütün və folqa: Ermənistan malları Azərbaycanda peyda ola bilər

redaktor