Hadisə

Polkovnik-leytenantın 14 yaşlı qızı cərrahi əməliyyatdan sonra vəfat etdi – Foto

Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra vəfat edib.

 

Tacxeber.com“Qafqazinfo”ya istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün dünyasını dəyişib.

 

Qeyd edək ki, həyatını itirən yeniyetmə Azərbaycan ordusunun zabiti, “Azərbaycan bayrağı” ordenli polkovnik-leytenant Qoşqar Abışovun qızıdır.

 

Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda olay: Əməkdar məşqçi üç qız tələbəsiylə min oyundan çıxdı.. – Şok təfərrüat

admin

Ayağına prosedur etdirdi, aylardır irin axır – Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT

redaktor

Rusiyada azərbaycanlı deputatın kafesindəki yanğına görə qadın tutuldu

redaktor