DünyaGündəm

Prezidentə “cadu” etdiklərinə görə 2 nəfər saxlanıldı.

Cənubi Afrika ölkəsi Zambiyada prezident Hakainde Hiçilemaya qarşı “cadu” etməyə cəhd göstərməkdə ittiham olunan 2 nəfər saxlanılıb.

 

Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Zambiya polisinin açıqlamasına görə, prezidentə zərər vermək məqsədilə “cadu” etmək niyyətində olduqları müəyyən edilən iki nəfər paytaxt Lusakada tutulub.

 

Açıqlamada vurğulanıb ki, həmin şəxslərin ötən ay soyğunçuluqda ittiham edilərək saxlanılan müxalifətçi millət vəkili Emmanuel Banda tərəfindən təlimatlandırıldığı müəyyən edilib.

 

Saxlanılan şəxslərin “Zambiya Cadugərlik Qanunu”nu pozmaq və vəhşi heyvanlara zərər vermək ittihamları ilə məhkəmə qarşısına çıxarılacağı bildirilib.

 

Oxşar xəbərlər

Rusiya ICAO-dan aviasiya sanksiyalarının yumşaldılmasını xahiş edir

admin

“Qadınlar vəhşi kişi xoşlayır, amma tapa bilmirlər” – Psixoloq

admin

Azərbaycanda ilk: bu xanım “TikTok”dan dərs deyir – FOTO

redaktor