Dünya

Suriya həbsxanalarında istifadə edilən qorxunc alətlər – VİDEO

Suriyada süqut edən Bəşər Əsəd rejiminin Siyasi Təhlükəsizlik Xidmətinin Hələbdəki idarəsində işgəncə üçün istifadə edilən vasitələrin görüntülərini üzə çəkib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

 

Görüntülərdə idarə qapılarında məhbusların adları həkk olunmuş çoxsaylı kameralar və işgəncə alətləri insanları dəhşətə gətirib.

 

Müxbirlər təkadamlıq kameralarda tavandan asılan zəncir qandallar, qamçılar və göz üçün yapışdırıcı lentlər tapıblar.

 

Eyni zamanda, onlar mühafizəçilərin istifadə etdiyi sənəd qeydiyyat otaqlarında qadınların da olduğu bir çox insanın biometrik fotoşəkillərini də ortaya çıxarıblar. Videoda yemək və içki qalıqlarının olduğu da görünür. Bu isə yaxın müddətə qədər həmin yerdə bir çox insanın qaldığını sübut edir.

Tacxeber.com

Oxşar xəbərlər

Putin niyə yaraşıqlı və gümrah görünür? – Özü cavablandırdı

redaktor

Yüzlərlə rusiyalı mütəxəssis təhlükədə… – İsrail İranda buranı hədəf aldı

redaktor

“10 il sonra milyonlarla insanın beynində çip olacaq” – Mask

admin