CəmiyyətGündəmQalmaqal

Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb – Yenilənib

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki,  zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir.

Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub.

 

Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Bildirilir ki, faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Ceyhun Bayramov Nyu Yorkda Mirzoyanla görüşəcək

redaktor

Qarabağ qazisi Türkiyədə vəfat etdi.

admin

AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır?

admin