16 C
Bakı
26 Sentyabr 2025 05:03
Dünya

Zelenski: Bizə Orban kimi vasitəçi lazım deyil

“Bizə vasitəçi qismində Orban lazım deyil. ABŞ ilə birbaşa əlaqələrə ehtiyacımız var”.

 

Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib:

 

“O, Putinə necə təsir göstərəcək? Viktor Orbanın bizim malik olduğumuz ordu kimi ordusu varmı? Bu, sanki bir lətifəyə bənzəyir və insanda təbəssüm yaradır. Yox, əgər varsa, qoy özünə saxlasın” – Ukrayna prezidenti fikirlərini belə tamamlayıb.

 

Qeyd edək ki, dekabrın 12-də Kremlin mətbuat katibi Dmitri Peskov Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı yeni il öncəsi əsir mübadiləsi və Milad atəşkəsi təklif etdiyini açıqlayıb.

 

O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskvadakı Macarıstan səfirliyinə mübadilə üçün əsirlikdə olanların siyahısını göndərdiyini, lakin Ukraynanın Orbanın bu təşəbbüsünü də qəbul etmədiyini söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin və Zelenski hələlik görüşməyə hazır deyillər” –ƏRDOĞAN

redaktor

Rusiyada ŞOK TƏKLİF: deputatlar müharibəyə göndərilə bilərlər

redaktor

Lukaşenko: Rusiya Ukraynada məğlub olmayacaq

redaktor