Cəmiyyət

Talıbovun bacanağı şirkət yaratdı

Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında nizamnamə kapitalı 1 milyon 560 min manat olan “Şahbuz Office” MMC (VÖEN – 0201657711) adlı şirkət dövlət qeydiyyatına alınıb. Yeniavaz.com xəbər verir ki, MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Hünbət Elçin oğludur.

 

Hünbət Qəhrəmanovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı olduğu bildirilir. Onun atası Elçin Qəhrəmanov Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri olub.

 

Məlumat üçün bildirək ki, eyni tarixdə və eyni ünvanda – Nəsirəddin Tusi ev 4 ünvanında 1 milyon 700 min manat nizamnamə kapitalı ilə “Head Property” MMC (VÖEN – 0201658481) adlı şirkət də qeydiyyata alınıb.

 

Bu şirkətin qanuni təmsilçisi isə “Naxçıvanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevdir. İsa İsayev uzun illər Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvanbank” ASC-nin də rəhbərliyində təmsil olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Mən heç kimin ailəsini dağıtmamışam – Hacıbaba Bağırovun həyat yoldaşı

redaktor

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək – MƏBLƏĞ

redaktor

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi

redaktor