12 C
Bakı
28 Mart 2026 02:20
Dünya

Pezeşkian hönkürtü ilə ağladı – Video

İran prezidenti Məsud Pezeşkianın mərhum xanımının anım mərasimi keçirilib və ölkə başçısı da həmin tədbirdə iştirak edib.

 

Tacxeber.com xəbər verir ki, tədbirdə çıxış edən prezident Pezeşkian köhnə ailə fotosunda mərhum arvadını görərək kövrəlib. Daha sonra isə tədbirdə çıxış edən qadının ifadələrindən təsirlənən Pezeşkian göz yaşlarına hakim ola bilməyib. Ətrafdakılar onu sakitləşdirməyə çalışsa da, nəticəsi olmayıb. Hətta digər insanlar da onun halını görüb kədərinə şərik olublar.

 

Qeyd edək ki, Məsud Pezeşkianın xanımı da həkim olub. O, ginekoloq kimi fəaliyyət göstərib. Pezeşkian xanımını və  bir övladını avtomobil qəzasında itirib və ondan sonra evlənməyib.

 

Oxşar xəbərlər

ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı qətnamə hazırlayır

redaktor

Əbu-Dabidəki görüşü 5 saat çəkib.

admin

İran prezidenti Bakıya niyə gəlmədi? – Video

redaktor