15 C
Bakı
29 Mart 2026 16:51
DünyaGündəm

İran Suriyadan 30 milyard tələb edir: Əsədin borcunu kim ödəyəcək?

Suriyada silahlı müxaliflərin Dəməşqi ələ keçirməsindən sonra İran Əsəd rejimindən qalan və 30 milyard dollar olduğu iddia edilən borcu yeni administrasiyadan tələb edir.

Tacxeber.com xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqeyi açıqlama verib.

 

Baqeyi Suriyanın İrana olan borcu və bu kontekstdəki rəqəmlərlə bağlı sualları cavablandırıb. O, İranın Suriyadakı mövcudluğunun terrorla mübarizə üçün olduğunu müdafiə edib:

 

“Biz Suriyada keçid mərhələsinin bitməsini gözləyirik. Ümumiyyətlə, iki ölkə arasında bağlanan müqavilələr və anlaşma memorandumları ləğv edilməyəcək. Onlar həyata keçiriləcək və hər hansı sistem, idarəetmə prinsipi əsasında ötürüləcək. Bu məsələnin ardınca getmək İranın gündəmindədir”.

 

Məsələ ilə bağlı Suriya hökumətinin hazırkı rəhbərliyindən açıqlama verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi yarımfinalda uduzub.

admin

Hesabat: “Azərbaycanda jurnalistlərə qarşı 147 təzyiq halı qeydə alınıb”

admin

Makronun görüntüləri qalmaqal yaratdı – FOTOLAR

redaktor