28 C
Bakı
11 Avqust 2025 22:00
Dünya

İlon Mask: “Dərin dövlətin axırına çıxacağam”

ABŞ-li milyarder İlon Mask və ona məxsus “SpaceX” şirkətinin təhlükəsizlik protokollarına əməl etmədiyi üçün nəzarətə altındadır.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

 

Nəşrin yazdığına görə, biznesmen qayda pozuntularına görə federal araşdırma ilə üzləşib.
Federal qurumlar şirkət və onun rəhbərinin dövlət sirlərini qorumaq məqsədi daşıyan açıqlama protokollarına əməl edib-etməməsi ilə bağlı azı 3 araşdırmaya başlayıb.

 

“Mask və onun “SpaceX” şirkəti dəfələrlə dövlət sirlərini qorumaq üçün federal hesabat protokollarına əməl etməyib, o cümlədən xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını gizlədiblər”.

Sözügedən xəbərlərə milyarderin reaksiyası sərt olub:

 

“Dərin dövlət xainləri ənənəvi mediada pullu tərəfdarlarından istifadə edərək üstümə düşüblər. Mübarizəni başladan mən olmaq istəmirəm, amma onlar başlasa, dərin dövləti bitirəcəyəm”.

 

Qeyd edək ki, İ.Mask dünyada sərvəti 400 milyard dolara çatan ilk adamdır. O bu sərvəti ilə dünyanın ən varlı insanıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Yeni Zelandiya rus mediasına sanksiya tətbiq etdi

redaktor

“Bitkoin”nun qiyməti 93 min dolları keçdi.

admin

“Mişelin bəyanatında heç “Qarabağ” sözü də yoxdur” – Erməni deputat

redaktor