19 C
Bakı
26 Sentyabr 2025 19:54
İdmanQalmaqal

Azərbaycanda komanda derbiyə gəlmədi – ÖZBAŞINALIQ

Azərbaycanda komanda derbiyə gəlmədi - ÖZBAŞINALIQ

 

Bu gün II Liqada 13-cü tura yekun vurulub.

 

Son gündə iki oyun keçirilib.

“Saatlı-Araz” “Şəki Siti”ni 5:1, “Şəmkir” isə “Lerik”i 4:1 hesabı ilə məğlub edib.

Lider “Şahdağ Qusar” isə Qusar derbisinə “Qusar”la qarşılaşmalı idi. Ancaq rayonun eyniadlı komandası oyuna gəlməyib.

Bu oyunun nəticəsi ilə bağlı hüquqi qərarı AFFA İntizam Komitəsi tərəfindən veriləcəyi bildirilib. “Qusar”a texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Bununla liqada ilə və birinci dövrəyə yekun vurulub. “Şahdağ Qusar” ilk dövrəni 36 xalla lider kimi başa vurub.

 

“Saatlı-Araz” – “Şəki Siti” 5:1

Qollar:X.Bədirov, 25, E.Xəlilli, 30, 41, 51 (pen), R.Süleymanov, 54 – A.Quliyev, 22

Hakimlər:İslam Məmmədov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Sənan Bayramzadə

Saatlı OİK stadionu

 

“Şəmkir” – “Lerik” 4:1

Qollar: K.Əhmədli, 13, S.Abbasov, 16, V.Cəfərov, 57, R.Şahmuradov, 81 – Z.Axundzadə, 25

Hakimlər:Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Sərxan İsmayılov

Şəmkir OİK stadionu

 

“Qusar” – “Şahdağ Qusar” (Baş tutmayıb)

Hakimlər:Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

“Kapital Bank Arena” (ehtiyat meydança)  (Sportinfo.az)

    Tacxeber.com

Oxşar xəbərlər

DYP-dən türkiyəli blogerin rüşvət iddialarına cavab: “Cəriməni nağd ödəyib”

admin

Görünən odur ki, Rövşən Nəcəfi Elxan Məmmədov, Elsad Nəsirov idarə edir.

admin

“Çox düşük və bambılıdırlar” – Kamili kim əsəbləşdirib? – Video

redaktor