17 C
Bakı
28 Sentyabr 2025 05:49
Cəmiyyət

Sosial şəbəkələrdə yaxta kirayəsi DƏLƏDUZLUĞU: Tutulanlar var – FOTO

Sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.

Onların əməlləri ilə bağlı Nəsimi RPİ 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər:

“Vətəndaşlara bir daha tövsiyə edirik ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər”.

Tacxeber.com

Oxşar xəbərlər

İş adamı Süleyman Babayev HƏBS EDİLDİ – Milyonlarla…

redaktor

Siyavuş Novruzovun qardaşına vəzifə verildi.

admin

Siyasi məhbuslara azadlıq tələb edən fəal saxlanılıb.

admin