19 C
Bakı
08 Oktyabr 2026 05:15
Şikayət

“Əjdaha” lotereyası işə yaramadı – “Unibank”dan şikayətlər artır

Son dövrlər “Unibank”dan şikayətlər artmağa başlayıb.

 

“Yeni Sabah” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.  Məlumata görə, bankın şikayət indeksi əvvəlki ayla müqayisədə noyabr ayında 1.77 bənddən 2.15 bəndə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər son bir ayda 21%-dən çox artıb.  “Unibank” bu nəticə ilə ən çox şikayət olunan bankların TOP-5-nə düşüb.

 

Bankın şikayət indeksi bu ilin iyun ayından yenidən yüksəlməyə başlayıb. İyun ayında şikayət indeksi 1,28 bənddən 1,75 bəndə yüksəlib.

 

Qeyd edək ki, “Unibank”  kart əldə edib, onunla ödəniş  edənlərə mənzil, avtomobil və bahalı smartofn uduşu təklif edən lotereya keçirməyə başlayıb. Görünən isə odur ki, keçirdiyi hədiyyə və “Əjdaha” lotereya kampaniyaları da bankın məmnuniyyət səviyyəsinə təsir edə bilməyib.

 

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – “Mbank” və “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin 94,1%-i Eldar Qəribova, 5,9%-i isə digər fiziki şəxslərə aiddir.

Tacxeber.com

Oxşar xəbərlər

Yuxu görmək də qadağandır? – Həbsxanadan yazı

admin

Fazil Qasımov məhkəmə iclaslarına aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

admin

Vardanyan Ombudsman: “Özünüz öz qanunlarınıza əməl edin”

admin