23 C
Bakı
22 İyun 2025 19:28
Kriminal

Direktor ev dustağı oldu – Yarım milyona yaxın ödəyib

“Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb.

 

Tacxeber.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.

 

Hazırda direktorun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.

 

Əldə etdiyimiz məlumata görə, Havvaxanım Rüstəmovanın işi üzrə ümumi ziyan 500 min manata yaxındır. Amma onun yaxınları həmin ziyanın çoxunu ödəyib. Məhz bu səbəbdən azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.

 

Buna baxmayaraq, zərərçəkmiş şəxslərin bəziləri narazıdır. Onlar mülki iddia qaldıracaqlarını deyirlər.

 

Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Qubad İbadoğluna elektron qandal taxıldı – Hərəkəti nəzarətə götürüldü

redaktor

Adilə Mehdiyevanın ÖLÜM SƏBƏBİ: SƏS YAZISI…. – YENİ FAKTLAR

admin

Ailə üzvlərini öldürən Əhmədin dayısı, görün, kim imiş

redaktor