21 C
Bakı
09 Oktyabr 2026 15:00
Dünya

Zelenski: “Rusiya ordusu Şimali Koreya əsgərlərindən istifadə etməyə başlayıb”

“Ruslar hücumlarda Şimali Koreya əsgərlərindən istifadə etməyə başlayıblar”.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

“Bu gün rusların Şimali Koreya əsgərlərindən hücumlarda istifadə etməyə başladığına dair ilkin sübutlar var. Nəzərəçarpacaq sayda asiyalı hərbi birləşmələrə daxil edilir və Kursk bölgəsində əməliyyatlarda istifadə edilir”, – Zelenski deyib.

 

O qeyd edib ki, indiyədək koreyalı hərbçilər yalnız bu istiqamətdə görünüb, lakin Ukraynada cəbhənin digər sektorlarında da onlardan istifadənin mümkünlüyü barədə məlumatlar var.

 

“Əslində, Moskva bu müharibəyə başqa bir dövləti cəlb edib”, – Ukrayna rəhbəri əlavə edib.

 

Xatırladaq ki, oktyabrın əvvəlində Şimali Koreyadan olan əsgərlərin Rusiyaya gəldiyi məlum olub. Onlar döyüşlərin getdiyi Kursk vilayətinə göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor