17 C
Bakı
31 Mart 2026 15:11
Dünya

Zelenski: “Rusiya ordusu Şimali Koreya əsgərlərindən istifadə etməyə başlayıb”

“Ruslar hücumlarda Şimali Koreya əsgərlərindən istifadə etməyə başlayıblar”.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

“Bu gün rusların Şimali Koreya əsgərlərindən hücumlarda istifadə etməyə başladığına dair ilkin sübutlar var. Nəzərəçarpacaq sayda asiyalı hərbi birləşmələrə daxil edilir və Kursk bölgəsində əməliyyatlarda istifadə edilir”, – Zelenski deyib.

 

O qeyd edib ki, indiyədək koreyalı hərbçilər yalnız bu istiqamətdə görünüb, lakin Ukraynada cəbhənin digər sektorlarında da onlardan istifadənin mümkünlüyü barədə məlumatlar var.

 

“Əslində, Moskva bu müharibəyə başqa bir dövləti cəlb edib”, – Ukrayna rəhbəri əlavə edib.

 

Xatırladaq ki, oktyabrın əvvəlində Şimali Koreyadan olan əsgərlərin Rusiyaya gəldiyi məlum olub. Onlar döyüşlərin getdiyi Kursk vilayətinə göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Zaporojye və Xersona hücumlarını dayandırmağa hazırdır – ABŞ bunu geri çəkilmə kimi anladı

redaktor

“Azərbaycanda 7 bal gücündə zəlzələ baş verə bilər” – Qurban Yetirmişlidən XƏBƏRDARLIQ

redaktor

“Partlayış onlardan 150 metr aralıda baş verib, 5 nəfər ölüb” – Yenilənib

redaktor