12 C
Bakı
28 Mart 2026 18:50
Hadisə

“Haber Global”ın əməkdaşı həyatını itirdi

Türkiyənin “Haber Global” telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.

 

Tacxeber.com bu barədə telekanala istinadən məlumat verir.

Bildirilir ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.

 

Məlumata görə, “Haber Global”ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə tərəf gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.

 

Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən “Haber Global”in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.

 

Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda qeyri-adi hadisə: Pişiyi düşürmək istədi, özü ağacda qaldı – VİDEO

admin

Balakənin icra başçısı tutduğu vəzifəsindən qovuldu.

admin

Britaniya hava eskadronu Fars körfəzinə yola düşüb

admin