Cəmiyyət

Həbs edilən “Plazalar kralı” məşhur yazıçının kürəkənidir

Bir müddət əvvəl həbs edilən “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.

 

Tacxeber.com xəbər verir ki, Qafar Dəmirçi yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyatı qurub.

2022-ci ildə evlənən cütlüyün bir qızı var.

 

Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyanvurmada ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Koronavirusdan sağalanlara bəd xəbər – İki il sonra bu simptomlar üzə çıxır

admin

Hökumə Əliyevanı təhqir edən qadın HƏBS EDİLDİ

redaktor

Xırdalandakı qalmaqallı bağça ilə bağlı daha bir ŞİKAYƏT: “Korrupsiyaya görə direktor çıxarılandan sonra övladımı rus sektoruna götürmürlər…” – ÖZƏL

admin