15 C
Bakı
27 Sentyabr 2025 18:19
Gündəm

Trampın andiçmə mərasiminə dəvət olunan LİDERLƏR – SİYAHI

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya mərasiminə İtaliyanın baş naziri Giorgia Meloni, eləcə də bir sıra Latın Amerikası liderlərini dəvət edib.

 

Xarici liderlərin siyahısını CNN açıqlayıb.

 

“El Salvador prezidenti Nayib Bukele, İtaliyanın baş naziri Giorgia Meloni və Argentina prezidenti Xavyer Miley də Tramp və ya onun komandası tərəfindən dəvət olunub. Hər üçü Trampın yaxın müttəfiqləridir”, – kanalın materialında qeyd olunur.

 

Bundan başqa, Trampın bir sıra digər xarici liderləri də dəvət etdiyi məlum olsa da, onların adları açıqlanmır. Əlavə olaraq dəqiqləşdirilir ki, inauqurasiyada iştirak təklifi qeyri-rəsmi kanallar vasitəsilə göndərilib.

 

Bundan əvvəl CBS News xəbər vermişdi ki, Çin prezidenti Si Tszinpin Trampın andiçmə mərasimi üçün Vaşinqtona getməyəcək. Xüsusilə, sərt protokola öyrəşmiş və ABŞ və Çin arasındakı güc dinamikasından yaxşı xəbərdar olan Çin rəsmiləri Trampın niyyətləri və bütün mümkün diplomatik kanallardan yayınması qarşısında çaşıb qalmışdılar.

Tacxeber.com

Oxşar xəbərlər

Emin “Sea Breeze”dən ev qazanan qazi ailəsindən görüntülər paylaşdı

redaktor

Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

admin

Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

redaktor