Cəmiyyət

Nəqliyyat vasitələrindən bayıra zibil atanlar 4 min manatadək cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimə məbləği artırılıb.

Tacxeber.comxəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

 

Dəyişikliklə qeyd olunan cərimə məbləği 30 manatdan 300 manata qədər artırılıb.

 

Bundan başqa, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Antalya və Azərbaycan – Natiq Cəfərli

admin

Xoşqədəm hakim qarşısında: Araşdırma aparılır

redaktor

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

redaktor