Dünya

Əsəd Suriyadan necə qaçıb? – ŞOKedici detallar…

“Əsəd iş gününün sonunda ofis menecerinə evə getdiyini bildirsə də, amma aeroporta gedib”.

 

Tacxeber.com xəbər verir ki, bu haqda “Reuters” Əsədin Suriyanı tərk etməzdən əvvəl keçirdiyi iclasda iştirak edən hərbiçilərdən birinə istinadən xəbər paylaşıb.

Mənbə bildirib ki, ölkəni tərk etməzdən bir neçə saat əvvəl Suriyanın devrilmiş prezidenti 30-a yaxın yüksək səviyyəli kəşfiyyat və ordu rəsmisini bir araya toplayıb. Əsəd onlara Rusiyadan hərbi yardımın gəldiyini deyib.

 

Nəşr yazır ki, Əsəd hətta helikopterlə İraqa uçan və oradan Moskvaya gedən kiçik qardaşı Maherə də xəbərdarlıq etməyib. Əsədin həyat yoldaşı Əsma və üç uşağı isə əvvəlcədən Rusiyaya göndərilib.

Ümumilikdə, Əsədin ölkəni tərk etməsinin onun ətrafı üçün gözlənilməz olması barədə məlumatı agentliyə 10-dan çox mənbə təsdiqləyib.

“Reuters”in mənbələri bildiriblər ki, əvvəlcə Əsəd BƏƏ-yə getməyi planlaşdırıb. Lakin Avropa və ABŞ-ın sanksiyalarından qorxan BƏƏ onu qəbul etməyib. Nəticədə Rusiya Əsədin Moskvaya gəlməsini təşkil edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Milli Qvardiyanı Luqanska göndərdi

redaktor

Prezidentin adından saxta video yayılıb – İki qurumdan xəbərdarlıq

redaktor

Trampdan Netanyahuya jest – VİDEO

redaktor