16 C
Bakı
26 Sentyabr 2025 23:22
Maraqlı

Yeni ildə bunları etmək OLMAZ – DİQQƏT!

Yeni il qadağaları müxtəlif inanclara, adətlərə bağlıdır. “Nə etmək olmaz?” sualı adətən xoşbəxt və uğurlu bir il keçirmək istəyi ilə əlaqələndirilir.

Tacxeber.com bu bayramın “olmaz”larını təqdim edir:

 

1. Köhnə ilin neqativini özünlə aparma

İlin son günündə pis hisslərlə, incikliklərlə və ya küskünlüklərlə yeni ilə girmək olmaz. Buna görə də il bitmədən hər şeyi bağışlamaq və ya barışmaq yaxşıdır.

 

2. Evi səliqəsiz buraxma

Yeni ilə girərkən evdə qarışıqlıq və ya çirkli paltar saxlamaq bəzi inanclara görə uğursuzluq gətirir.

 

3. Boş ciblə yeni ilə girilməməlidir

İnanclara görə, Yeni il gecəsi pul kisəsinin dolu olması il boyu bolluq və bərəkət gətirir.

 

4. Döyüşmə və ya mübahisə etmə

Yeni ildə mübahisə etmək, ilin pis ruhda keçəcəyinə inanılır.

 

5. Qara geyimdən çəkin

Bəzi inanclara görə, qara rəng seçmək uğursuzluq və ya kədər gətirə bilər. Bunun əvəzinə parlaq və canlı rənglər seçilir.

 

6. Borcla yeni ilə girilməz

İlin ilk günündə kiməsə borc vermək və ya borc almaq ilin borcla keçəcəyinə işarədir.

 

7. Qırılan əşyaları at

Əgər ilin ilk günü bir şey qırılırsa, bunun uğursuzluq gətirdiyinə inanılır.

 

8. Yataqdan gec qalxma

Yeni il səhərini gec başlamaq ilin tənbəlliklə keçəcəyinə işarə kimi görülə bilər.

 

9. Ətrafı qaranlıq qoyma

Yeni il gecəsi işıqları söndürməkdən çəkinirlər, çünki bu, ilin qaranlıq və üzücü olacağına işarə edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Alimlər indiyə qədər heç kimin görmədiyi “yeni rəng” kəşf etdiklərini iddia edir”

redaktor

Yazar olsaydınız ilk kitabınızın adı nə olardı?

redaktor

İlham Əliyevin bu gün açılışını etdiyi “Xankəndi” Biznes Mərkəzi və “Xankəndi” Konqres Mərkəzi Prezidentin özünə məxsusdur.

admin