31 C
Bakı
13 Avqust 2025 17:34
Maraqlı

“WhatsApp” yenilik edir – Artıq bunu görə biləcəksiniz!

WhatsApp qrup söhbətləri üçün yeni funksiya sınaqdan keçirilir.

 

Tacxeber.com xəbər verir ki, məlumata görə, yenilik qrup üzvlərinin onlayn olub-olmadığını göstərməyi hədəfləyir. “WhatsApp” tətbiqinin beta versiyasında qrup söhbətləri üçün onlayn istifadəçi sayğacı funksiyası aktivləşdirilib.

 

Bu sayğac qrupun yuxarı hissəsində yerləşəcək və neçə nəfərin aktiv şəkildə “WhatsApp”dan istifadə etdiyini göstərəcək. İstifadəçilər beləliklə, qrupdakı aktivliyi daha asan izləyə biləcəklər. Qeyd edək ki, yalnız tətbiqi açıq və internetə bağlı olan istifadəçilər bu siyahıda görünəcək.

 

Eyni zamanda, məxfilik ayarları vasitəsilə onlayn statusunu gizlədən şəxslər sayğacda əksini tapmayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Qadın süni intellektdən istifadə edərək lotereyada 36 milyon rubl qazanıb

redaktor

Makedoniyalı İsgəndərin ən yaxın dostunun sirli məzarı: İldə bir dəfə…

redaktor

Yeni qan qrupu KƏŞF EDİLDİ

redaktor