16 C
Bakı
27 Sentyabr 2025 22:59
Dünyaİqtisadiyyat

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, yüksək ixtisaslı kadr çatışmazlığı problemi iqtisadiyyatın strukturlaşdırılması və kadrların hazırlanması yolu ilə həll edilməlidir. Hökumət hesab edir ki, iqtisadiyyatda təxminən 1,5 milyon belə işçi çatışmır.

 

Bu barədə “Rossiya” Milli Mərkəzinin saytında açıq dialoq zamanı bildirib.

“Bu gün kadr çatışmazlığı əsasən tikinti, nəqliyyat, mənzil-kommunal təsərrüfatı kimi sahələrdədir. Çox sayda insanın işlədiyi yerdə təkcə kadrların hazırlanması deyil, həm də əmək məhsuldarlığının artırılması lazımdır”, deyə baş nazirin müavini qeyd edib.

 

Onun  müavininin sözlərinə görə, “Kadrlar” milli layihəsi insanların iqtisadiyyatın tələblərinə uyğun hazırlanmasına kömək edəcək. O hesab edir ki, təhsil müəssisələrinin bizneslə qarşılıqlı əlaqədə olması vacibdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov noyabrın sonunda bəyan edib ki, əmək bazarının 2030-cu ilə qədər kadr ehtiyacı, nazirliyin hesablamalarına görə, ən azı 2,4 milyon nəfər olacaq. 2030-cu ilə qədər kolleclər 2 milyon mütəxəssis hazırlamağı planlaşdırır. (Valyuta.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Suriyada baş verənlər bütün dünya kimi Moskvanı da təəccübləndirib” – Dmitri Peskov

redaktor

Sovet dövründən qalan sənədsiz evlərə “kupça” verilir

redaktor

Çində ilk dəfə donuzun ağciyərləri insana köçürülüb

redaktor