30 C
Bakı
10 Avqust 2025 21:21
Cəmiyyət

Müəllim uşaqları pərt elədi: “Oyun çıxarmayın” – Video

Son günlər sosial şəbəkələrdə müəllimə şokolad vermək trendi ilə bağlı çoxsaylı videolar yayılıb.

 

Tacxeber.comxəbər verir ki, istər orta məktəblərdə, istərsə də, universitetlərdə təhsil alanlar müəllimdən əvvəlcə əllərini açmasını xahiş edir. Müəllim əlini açdıqda isə şagird və tələbələr şokolad gətirib verirlər.

 

Bu trend artıq son günlərdə kütləvi şəkildə tətbiq edilir.

Sözügedən videolar sosial şəbəkələrdə böyük əksəriyyət tərəfindən pozitiv hal kimi qiymətləndirilir.

 

Bu gün isə sosial şəbəkələrdə yayılan başqa bir videoda müəllimlərdən birinin trenddən imtina etməsi öz əksini tapıb. Universitetdə çəkildiyi güman edilən videoda kişi müəllim ondan əlini açmasını istəyən tələbələrə etiraz edir.

“Ay qız əyləş, özünüzdən oyun çıxarmayın”, – deyə müəllim söyləyib.

 

Tələbələr nə qədər təkid etsələr də, müəllim onlarla razılaşmayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

Vahid Əhmədov: “Sahil Babayevin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm”

redaktor

“Deputat seçiləcək şəxslərin siyahısı bizdə var” – Cəlaloğlu adlar çəkdi

admin

Saatlarla enerji doldurur, cəmi 300-400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir

admin